Azəri
Sunday 25th of August 2019
  42
  0
  0

Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?

Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?

Bəqərə 55-56: Bəni-İsrayildən olan bir dəstə Allahı görməyi istəyirlər və bu zaman ildırım onları vurur və onlar ölürlər və sonra dirilirlər, Allaha şükür edirlər. “Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, Allahı aşkar surətdə görməyincə, sənə əsla iman gətirməyəcəyik». Beləliklə, gözünüz baxa-baxa, sizi ildırım vurdu. Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükür edəsiniz”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi: Quranda ölülərin dirilməsinə işarə edən ayələr vardır ki, onlara nəzər salaq.

1. “Sayları minlərlə olduğu halda, ölümün qorxusundan (və cihaddan qaçmaq üçün) öz evlərindən çıxan kəslərə (ibrət gözü ilə) baxmadınmı?

Onda Allah onlara dedi: «Ölün! (Allah onların ölümünü istədi, onlar da dərhal öldülər)». Sonra onları diriltdi (ki, ölümdən qaçmağın mümkün olmamasını başa düşsünlər). Doğrudan da, Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükür etmirlər”. (“Bəqərə” 243).

2. “Bəqərə” surəsində başqa bir ayə vardır ki, Üzeyr peyğəmbərin (ə) başına gələnləri nəql edir. Üzeyr peyğəmbər (ə) də öləndən sonra yenidən dirilən insanlardan biri olmuşdur. “Yaxud (evlərinin damı çökmüş və) divarları damlarının üzərinə uçmuş (və sakinlərinin cəsədləri çürüyüb dağılmış) kənddən keçən (kəs) kimisini (görmüsənmi)?

(O, təəccüblə öz-özünə) dedi: «Allah bunları ölümlərindən sonra necə dirildəcək?!».

Buna görə də Allah onu yüz il öldürdü, sonra diriltdi (və) dedi: «(Burada) nə qədər qalmısan?». Dedi: «Bir gün, ya günün bir hissəsini (qalmışam)».

Dedi: «Xeyr, yüz il qalmısan; yemək-içməyinə bax ki, heç dəyişməyib və uzunqulağına bax (gör necə çürüyüb dağılıb). Biz (bunu sənin istəyini yerinə yetirmək və) səni insanlara (Öz tövhid və qüdrətimizin) nişanə(si) etmək üçün (etdik). Bax (gör, uzunqulağının) sümükləri(ni) necə götürür (və onları bir-birinə birləşdirir), sonra onların üstünə ət örtürük!

Beləliklə (dirilməyin necəliyi) ona aydın olduqda, dedi: «İndi bilirəm ki, Allah hər şeyə qadirdir (və indi bunu öz gözlərimlə görüb yəqinlik əldə etdim)”. (259).

3. Bu surənin başqa ayələrində oxuyuruq ki, Bəni-İsrayildən olan bir dəstə Allahı görməyi istəyirlər və bu zaman ildırım onları vurur və onlar ölürlər və sonra dirilirlər, Allaha şükür edirlər. “Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, Allahı aşkar surətdə görməyincə, sənə əsla iman gətirməyəcəyik».

Beləliklə, gözünüz baxa-baxa, sizi ildırım vurdu. Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükür edəsiniz”. (“55-56).

4. Həzrət İsanın (ə) möcüzəsinə işarə edən ayədə oxuyuruq: “(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş olurdu; Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin; o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri) çıxarırdın; o zaman ki, İsrail övladları üçün (peyğəmbərliyə dair) aydın dəlillər gətirdiyin vaxt, onların (şərinin sənə dəyməsinin) qarşısını aldım, beləliklə, onlardan kafir olanlar dedilər: «Bu (möcüzələr), aşkar cadudan başqa bir şey deyildir!»”. (“Maidə” 110).

5. Bəqərə hekayəsi. “Buna görə də dedik: «(Kəsilmiş inəyin) üzvlərinin bir parçasını ona (öldürülmüş şəxsin bədəninə) vurun (ki, dirilərək öz qatilini tanıtdırsın)». Allah ölüləri bu cür dirildir və Öz (tövhid və qüdrət) nişanələrini sizə göstərir ki, bəlkə düşünəsiniz”. (“Bəqərə” 73).

Hər kim Qiyaməti inkar edər, bu ayələrə diqqətlə nəzər salsın və görsün ki, Allah hətta Qiyamət gəlməzdən əvvəl belə, insanları öləndən sonra diriltmişdir, onlara və digərlərinə Qiyaməti bu dünyada göstərmişdir.

 



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

  42
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment